XƏBƏRLƏR / Kriminal

İran tərəfi hücumu "şəxsi və ailə problemləri" ilə bağlayır

Bu barədə jurnalistlərə İran paytaxtının polis rəisi, briqada generalı Rəhimi deyib

İran tərəfi hücumu "şəxsi və ailə problemləri" ilə bağlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran paytaxtının polis rəisi, briqada generalı Rəhimi cümə günü səhər saatlarında səfirliyin əməkdaşlarından biri səfirliyə daxil olarkən Azərbaycan səfirliyinə silahla daxil olan şəxsin tutulduğunu açıqlayıb.

    "Bu şəxs bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Onun hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb", - Rəhimi İran mətbuatına istinadən xəbər verir.

    “Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib”.

    Hücumçunun iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən Tehran polis rəisi “İlkin araşdırmalar göstərir ki, hücumçunun motivi şəxsi və ailə problemləri olub" - deyə bildirib.