XƏBƏRLƏR / Siyasət

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Vurğulanıb ki, son vaxtlar İranda sistemli şəkildə anti-Azərbaycan kampaniyası aparılır

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Seyid Abbas Musəvi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    İclasda bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənilib, diplomatik nümayəndəliklərə edilən bu cür hücumların yolverilməz olduğu elan edilib, Vyana Konvensiyasına uyğun olaraq İranın diplomatik missiyanın və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmək öhdəliyi qeyd edilib.

    İclasda terror aktını törətmiş şəxsin dərhal məsuliyyətə cəlb edilməsi, hərtərəfli araşdırma aparılması, cinayətin təşkilində və törədilməsində iştirak edən digər iştirakçıların müəyyən edilərək cəzalandırılması tələbi səsləndirilib. Görüşdə o da vurğulanıb ki, son vaxtlar İranda sistemli şəkildə anti-Azərbaycan kampaniyası aparılır ki, bu da onsuz da çətin olan münasibətləri daha da gərginləşdirir.

    Musəvi silahlı insidenti qətiyyətlə pisləyərək, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirdiyini, həmçinin həlak olan səfirliyin əməkdaşının ailəsinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib. Səfir onu da vurğulayıb ki, İranın müvafiq qurumları hadisə ilə bağlı dərhal reaksiya verib, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, təhqiqat başa çatdıqdan sonra ətraflı məlumat açıqlanacaq.