XƏBƏRLƏR / Hadisə

İran nazirinin helikopteri qəzaya uğradı

Həmid Səccadi Hazavehin vəziyyəti ağırdır

İran nazirinin helikopteri qəzaya uğradı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın gənclər və idman nazirini daşıyan helikopter ölkənin cənubunda, Baft şəhərində yerli stadiona enərkən qəzaya uğrayıb.

    İRNA-nın məlumatına görə, Həmid Səccadi Hazaveh xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır, onun müşaviri isə həlak olub.

    Helikopter bir dəfə yerə enib, sonra havaya qalxıb və ikinci dəfə eniş zamanı qəzaya uğrayıb. Səbəbi araşdırılır.

    Bir hadisə şahidi də İRNA müxbirinə bildirib ki, o, nazirin vəziyyətinin ağır olduğunu və eniş zamanı onun bir və ya iki yoldaşının bir qədər daha çox yaralandığını müşahidə edib.