XƏBƏRLƏR / İqtisadiyyat

İlin əvvəlindən bankların dollar tələbi 100 milyonu ötüb

Hərracda tələb 51,2 ABŞ dolları olub

İlin əvvəlindən bankların dollar tələbi 100 milyonu ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

    "APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 51,2 ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 yanvar 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 2,8% azalıb.

    Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 52,7 mln. ABŞ dolları təşkil etmişdi. Ümumilikdə isə son on gündə banklar 103,9 mln. dollar vəsait cəlb edib.