XƏBƏRLƏR / Siyasət

Vladimir Putin İlham Əliyevə zəng edib

Bu barədə rəsmi "president.az" saytı yayıb

Vladimir Putin İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə rəsmi "president.az" saytı yayıb. 

    Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.