XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar

İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi”.

    Dövlətimizin başçısı bu faciə ilə əlaqədar Volodimir Zelenskiyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.