XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Vladimir Putinlə danışdı

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

İlham Əliyev Vladimir Putinlə danışdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, liderlər arasındakı danışıq zamanı Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlərin icrası nəzərdən keçirilib. Məlumatda vurğulanır ki, Putin və Əliyev regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısını alan məsələlərə xüsusi diqqət yetirməklə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün komplekslər üzrə həyata keçirilməsi istiqamətində atılmış adımlarla bağlı fikir mübadiləsi aparıblar.