İlham Əliyev Türkiyəyə yollanıb
Prezident sabah Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gəlib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bu, 2021-ci il yanvarın 11-də Moskva səfərindən sonra, Prezidentin ilk xarici səfəridir.