XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Şarl Mişellə görüşdü YENİLƏNİB

Görüş Aİ-nin mənzil-qərargahında keçirilir

İlham Əliyev Şarl Mişellə görüşdü YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:30

    Görüşdə dövlət başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkür edib.

    Hər iki tərəf Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin Brüssel formatının bərpasından məmnunluq ifadə edib. Prezident İlham Əliyev bu istiqamətdə göstərdiyi səylərə görə Şarl Mişele təşəkkür etdi.

    Söhbət zamanı son aylarda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verənlər, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, o cümlədən Azərbaycan Prezidentinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə edilib. 

    ***

    Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

    Sonra birgə foto çəkdirilib.

    Qeyd edək ki, ikitərəfli görüş Bakı vaxtı ilə saat 11:00-da başlayıb.

    Saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüşə start veriləcək.