XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul edib

Yeni səfirin etimadnaməsinin belə gec qəbul edilməsini Azərbaycan və Fransa arasında soyuqluqla bağlayırlar

İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

    Xanım Buayon keçən ilin noyabr ayından Bakıdadır. Dekabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi. Prezidentin yeni səfirin etimadnaməsini belə gec qəbul etməsi Azərbaycan və Fransa arasında, rəsmi Parisin antiazərbaycan mövqeyinə görə, soyuqluqla əlaqələndirirlər. 

    İlham Əliyev, həmçinin yeni təyin olunmuş daha iki səfirin etimadnaməsini qəbul edib. Onlar Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristos Kapodistrias

    və Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalerodur.