BLOQ

Hərbçi məsləhəti

Bunları etsək, hec yerdə, xüsüsi ilə Azərbaycanda zəlzələ olmayacaq

Hərbçi məsləhəti
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Kecmiş SSRİ-də iki ümümittifaq poliqonu var idi. İkisi də Qazaxıstan Respublikasında yerləşirdi. Birinin adı Alatau, o birinin adı isə Semipalatinsk poliqonu idi. Alatau poliqonunun eni 100 km, uzunlugu 140 km idi. Sibir, Belarus, Kamcatka, Moskva, Bakı, Gürcüstan, bir sözlə, SSRİ-nin bütün nöqtələrindən atılan qitələrarası və yaxud kicik mənzilli raketlər bu poliqona düşürdu, özu də necə. Dagın başına hədəf kimi 200 litrlik su çəni qoyulurdu. Bu ya təlim ücün edilirdi, ya da yenicə ixtira olunmuş agırtonnajlı raketləri sınaqdan çıxarmaq məqsədi daşıyırdı. Poliqonun ətrafında kifayət qədər şəhər, qəsəbə və kəndlər var idi. Qırğızıstanın paytaxtı Bişkek şəhəri lap yaxında idi. Hec bir zəlzələ olmurdu, uzaq başı, ya evlərin şüşələri qırılırdı, ya da catlayırdı. İkinci poliqon Semipalatinsk poliqonu idi. Bu poliqon yeraltı poliqon idi. 80 km eninə və boyuna. Burada yeraltı olaraq ən agırtonnlajlı HİDROGEN və ATOM bombalarını sınaqdan kecirirdilər - ildə üç dəfə. Poliqonun yaxınlığında şəhər tipli Semipalatinsk qəsəbəsi, sonra hərbi şəhərciklər, hərbi kazarmalar, bir sözlə, 90 faiz hərbcilər idi. Binalar beşmərtəbəli "xruşşovka", duqquzmərtəbəli "Leninqrad" layihəli idi. Sınaq zamani yer və binalar titrəyirdi, pəncərələrin şüşələri sınıb tökülürdu, çərçivədən çıxırdı, titrəyişdən ayaq üstə duran adam yıxılırdı, büdrəyirdi, amma zəlzələ, dagıntı olmurdu. Süal oluna bilər, haradan bilirəm Getmişəm, görmüşəm! Çünku hər sınaq vaxtı, zabit olaraq, əsgərlərimizlə bizi poliqonların mühafizəsinə cəlb edirdilər. Beləcə, dörd il.

    İndi çıxıram çölə, açıram mətbuatı oxuyuram, baxıram ki, hansisa bir gic "alim", nə bilim, gic "jurnalist" yazır ki, zəlzələni qəsdən törədirlər və belə bir silah var. Belə bir şey yoxdur! Bu sadacə təbiət şıltaqlığıdır. O şıltaqlıgın da əks silahı, əks tədbiri, içi mən qarışıq, NAMAZ qılmaq, ALLAHa ibadət və dua etmək, ŞƏHİD ailəsinə hörmət etmək, yalan danışmamaq, şər atmamaq, yetim-yesirin haqqını yeməmək, ruşvət almamaq, yıxılana badalaq vurmamaq, əksinə, qaldırmaq, eşitdiyinə yox, gözunlə gördüyünə inanmaqdır. Hamılıqla bunları edə bilsək, hec yerdə, xüsüsi ilə Azərbaycanda zəlzələ olmayacaq.