"Hər şey... istəyirəm"

"Qan qrupu" ft Mina Sovetski

  • Oxuma müddəti:

    3 dəqiqə

  • "HƏR ŞEY... İSTƏYİRƏM" İFA: QAN QRUPU ft MİNA SOVETSKİ

    SÖZLƏRİ: VAHİD MUSTAFA YEV

    MƏNBƏ: ANS TV-NİN ARXİVLƏRİNDƏN

    2011

    "HƏR ŞEY YAXŞI OLACAQ"

    Hər şey yaxşı olacaq - Xalq varlanacaq, İstədiyi olacaq.

    Hər şey yaxşı olacaq - Güllər açacaq, Millət xoşbəxt olacaq.

    İstəyirəm varlı olum, pulla dolum, cana olum,

    "Yedinka" maşınlara mən sahib olum, avtoş olum,

    İstəyirəm Nardaranda villa mülkədarı olum,

    Uimbildonda bir nömrə tennis üzrə qalib olum.

    İstəyirəm Harvard, Kembric, Oksvord kimi yerdə olum,

    Orda pulsuz təhsil alan tələbədən biri olum.

    İstəyirəm yaşa çatıb alim olum, nazir olum,

    Bəziləri kimi yox, xalqa real dəstək olum.

    İstəyirəm valideyndə dözüm olsun, anlam olsun,

    Məni hər an danlayan yox, bir dost olsun, dəstək olsun.

    İstəyirəm anam atam boşanmasın, vəhdət olsun,

    Sakit həyat sürüb, sağ-salamat xoşbəxt olsun. Hər şey yaxşı olacaq - Maaş artacaq, Vergilər azalacaq.

    Hər şey yaxşı olacaq - Təhsil artacaq, Analar xoşbəxt olacaq.

    İstəyirəm Qarabağ bizim olsun, sülhlə dolsun,

    Bakıdan Xankəndinə qatar olsun, növbə olsun.

    İstəyirəm Şuşada bir möhtəşəm konsert olsun,

    İfaçılar sırasında Polad olsun, Zeynəb olsun.

    İn şa Alah!

    İstəyirəm Zəngəzurdan Naxçıvana yolum olsun,

    Blokada yaşayanlar bu bəladan azad olsun.

    İstəyirəm "Eurovision" Şərur, ya Sədərəkdə olsun,

    Bütün dünya bizim dərdə yaxın olsun, şərik olsun.

    İstəyirəm dövran dönsün qılınc olsun, qalxan olsun,

    Köhnə kişilər çoxalsın, mərdlik, namus, geyrət olsun.

    İstəyirəm varlanmışlar qorxmasınlar, silməsinlər,

    Sözü üzə deyə bilib, qabağımdan yeməsinlər.

    İstəyirəm türmələrə daha adamlar düşməsin,

    Qızıl, daş-qaş yığılmasın, evə oğrular girməsin.

    İstəyirəm iqtidarla müxalifət döyüşməsin,

    Kimsə varı, kimsə sifət, kimsə dövlət itirməsin.

    Hər şey yaxşı olacaq - Sülh yaranacaq, Torpaqlar qayıdacaq.

    Hər şey yaxşı olacaq - Mərdlər qalxacaq, Qorxaqlar yıxılacaq.

    İstəyirəm ulduz olum, "zvezda" olum, pop-star olum,

    Qəzet, radio, ANS-də, "Xəbərçi"də qonaq olum.

    İstəyirəm paparatsi tuşlarına nişan olum,

    Yeniyetmə xalq artisti, ordu generalı olum.

    İstəyirəm eşqim olsun, canım olsun, toyum olsum,

    Yarım məni hər an sevib, gözlərinin üstə qoysun.

    İstəyirəm rəfiqəmdə insaf olsun, abır olsun,

    Bu olmasa, qoy rəfiqəm qiza oxşar kişi olsun.

    İstəyirəm birdən olsun, göydən düşsün, asan olsun,

    Hər tərəfdə şəklim olsun, heykəl olsun, güllər olsun.

    İstəyirəm sponsor olsun, arvadından bezən olsun,

    Qoca kaftar, xərclərimi ödəyən bir "kozyol" olsun.

    Hər şey yaxşı olacaq - Üzük taxacaq,

    Bankda hesab açacaq.

    Hər şey yaxşı olacaq - Dost sağalacaq,

    Paxıllar olmayacaq.

    Hər şey yaxşı olacaq - Kontur çatacaq, İnsanlar danışacaq.

    Hər şey yaxşı olacaq - Mina partlayacaq, Dünyaya səs salacaq.