Hulusi Akar İraqda 56 terrorçunun zərərsizləşdiyini bildirib
Türkiyənin Milli Müdafiə naziri terrorçuların ölkəyə daxil ola bilməməsi üçün tədbirlər görüldüyünü deyir
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Pence Kilit antiterror əməliyyatı başlayandan indiyədək 56 terrorçunu zərərsizləşdirib, müdafiə naziri Hulusi Akar bildirib.
“Əməliyyat uğurla başa çatarsa, biz sərhəd xəttini tamamilə bağlayacağıq və terrorçular ərazimizə daxil ola bilməyəcəklər”, - deyə nazir bildirib.
Akar eyni zamanda Ankaranın İraqın ərazi bütövlüyünü pozmaq niyyətində olmadığını və yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb.