XƏBƏRLƏR / Hadisə

Hipermarketə hücumda ölən şəxsin FOTOsu

Bu gün saat 12:20-də Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub

Hipermarketə hücumda ölən şəxsin FOTOsu
Rüfət Həsənov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda hipermarketə hücum nəticəsində dünyasını dəyişən Həsənov Rüfət Rahib oğlunun fotosu yayılıb.

    Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub. Hadisə saat 12:20-də Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb. Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib. Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

    İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.