Gülyanaq Məmmədova “Özbəkistanın Xalq artisti” oldu
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bir qrup azərbaycanlını mükafatlandırıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın, hərtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına böyük töhfələrinə görə bir qrup azərbaycanlını mükafatlandırıb, Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər verir.
Bildirilir ki, R.Behbudov adına Azərbaycan Dövlət Musiqili Teatrının vokalisti Gülyanaq Məmmədova “Özbəkistan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.
Öz növbəsində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgərov və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan, Türkmənistan və Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dustlik” ordeni ilə təltif edilib.
Həmçinin, ayrıca sərəncamla Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev də “Dostluq” ordeni ilə təltif edilib.