XƏBƏRLƏR / İctimaiyyət

Goranboyda fermadan silah-sursat tapılıb

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib

Goranboyda fermadan silah-sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermada silah-sursat aşkarlanıb.

    DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib.

    Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

    Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.