XƏBƏRLƏR / Qayıdış

Füzulidə enerji doldurma stansiyaları quraşdırılacaq

Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə deyib

Füzulidə enerji doldurma stansiyaları quraşdırılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilib. Bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

    “Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır. Orada elektromobillər üçün enerji doldurma stansiyaların quraşdırılması da planlaşdırılır”,- deyə Araz Məmmədzadə əlavə edib.