BLOQ

Fransa KİV-i: Ağdamın dağıdılmasını necə əsaslandırmaq olar?

Bu sual Fransanın “Slate.fr” internet nəşrində dərc olunan Guillaume Origoninin məqaləsində verilir

Fransa KİV-i: Ağdamın dağıdılmasını necə əsaslandırmaq olar?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Fransa mediası: Ağdamın dağıdılmasını – “Qafqazın Xirosiması”nı necə əsaslandırmaq olar?

    Fransız jurnalist Ağdamda, Şuşada, Füzulidə olub, ermənilərin Azərbaycan şəhərlərini və torpaqlarını necə vəhşicəsinə dağıtdıqlarını təsvir edib.

    Qafqazın Xirosiması” ləqəbli Ağdam şəhərinin indiki vəziyyətinə haqq qazandırmaq olarmı? Orada azərbaycanlılar tərəfindən tikilənlərdən heç nə qalmayıb”.

    Bu barədə Fransanın “Slate.fr” internet nəşrində dərc olunan Guillaume Origoninin məqaləsində deyilir.

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən məqalə müəllifi orada törədilən urbisiddən danışıb.

    “Dünyanın ən çirkli ərazilərindən biri... Avtobusun şüşələrində hər iki tərəfdən boş kəndlər, kəndlər, xarabalıqda olan evlər və minalanmış tarlalar titrəyir. Bir vaxtlar sakinlərini itirən evlər get-gedə dağıdıldı, təbiət öz hüquqlarını bərpa etdi” – Ağdamda, Şuşada, Füzulidə olmuş məqalə müəllifi səfər təəssüratlarını bölüşür.

    “Azərbaycanın geri qaytardığı ərazi mümkün qədər tez bir zamanda ölkənin qalan hissəsi ilə birləşdirilməlidir. Enerji və resursları nəzərə alsaq, bir neçə ay ərzində bu məqsədə nail olacağına şübhə yoxdur. Amma hələlik Şuşada yalnız minatəmizləmə dəstələrini əvəz edən fəhlələr və mütəxəssislər yaşayır”, o qeyd edir və işğaldan azad edilmiş ərazilərin fəal şəkildə bərpa olunduğunu qeyd edir.

    "Azərbaycan Prezidenti İlham Əliyev bunu tez və səmərəli şəkildə etmək istəyir: Şuşa şəhərində və bütün regionda genişmiqyaslı işlər aparılır", - Guillaume Origoni qeyd edir.

    Fransalı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla danışıb və o, 3890 azərbaycanlının hələ də itkin düşdüyünü qeyd edib: Birinci Qarabağ müharibəsindən sonra 3190-a yaxın hərbçi və 700 mülki şəxs evlərinə qayıtmayıb.

    Ə.Həsənovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqlarının, qalıqlarının və sümük qırıqlarının aşkarlanması istiqamətində işlər aparılır ki, bu da bu hərbi cinayətlərin Ermənistan ordusu tərəfindən törədildiyini sübut etməyə imkan verir.

    Guillaume Origoni Bakıda məhkəmə-tibb laboratoriyasına baş çəkməsi ilə bağlı təəssüratlarını da bölüşüb: “Parlaq işıqlandırmaya baxmayaraq, əhval-ruhiyyə tutqundur. Otağa girəndə onlarla laborant skeletlərin ətrafında dolaşır. Materialda vurğulanır ki, “bu qalıqlar erməni barbarlığının nümunəsidir”.