XƏBƏRLƏR / Nəqliyyat

Formula 1 yarış trekinin bəzi hissələri müvəqqəti açılacaq

Söhbət Neftçilər prospekti və İstiqlaliyyət küçəsindən gedir

Formula 1 yarış trekinin bəzi hissələri müvəqqəti açılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda Formula 1 zamanı yarış trekinin yollarının bəzi hissələri açılacaq:

    * Neftçilər prospektinin bir hissəsi: Azneft meydanından Dəniz Vağzalı istiqamətində

    * İstiqlaliyyət küçəsinin bir hissəsi: Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər

    24-25-26 aprel tarixlərində saat 07:00-dan 09:00-dək və 18:00-dan 20:00-a kimi nəqliyyatın hərəkəti birtərəfli, dayanacaqsız və dayanacaqsız olacaq.

    Aprelin 27-də Neftçilər prospektinin bir hissəsi - Azneft meydanından Dəniz Vağzalı istiqamətində saat 07:00-dan 09:00-dək və 20:00-dan 22:00-dək açıq olacaq.