Reportaj

Formula 1-in ikinci günü FOTOREPORTAJ

Formula 1 təqviminə daha üç il əlavə edilməklə, Azərbaycan Qran-Prisinin müqavilə müddəti 2026-cı ilədək uzadılıb

Formula 1-in ikinci günü FOTOREPORTAJ
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mövsümün ilk sprint yarışına ev sahibliyi edən Azərbaycan Qran-Prisini hazırda tribuna və əyləncə zonasında rekord sayda xarici azarkeşlə birgə 30 minə yaxın F-1 həvəskarı izləyir.

    Gərgin idman mübarizəsi şəraitində keçən bugünkü yarışda Serxio Peres, Şarl Lekler və Maks Ferstappen ilk üçlükdə yer alaraq, aprelin 30-u keçiriləcək əsas yarışda pilotların sıralanma ardıcıllığını müəyyən edib.

    Günün sonunda Azərbaycanda ilk dəfə gerçəkləşən irimiqyaslı dron şou nümayişi və dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardvel Dənizkənarı Milli Park səhnəsində təkrarsız ifasını təqdim edib.