Fariz Əhmədov "Azərbaycanfilm"dən getdi
Onun yerinə yenidən "Salnamə" studiyasının direktoru Nazim Hüseynov təyin olunub
"Azərbaycanfilm"in direktoru Fariz Əhmədov bu vəzifəsindən ayrılıb. ANS PRESS-ə müsahibəsində Fariz Əhmədov bildirib ki, çalışdığı "Baku Media"da iri layihələr olduğuna görə o, öz xahişi ilə işdən azad olunması üçün martın 1-də Mədəniyyət nazirinə müraciət edib. Müraciət qəbul olunub və Fariz Əhmədovun yerinə "Salnamə" studiyasının direktoru Nazim Hüseynov növbəti dəfə kinostudiyanın direktoru təyin olunub.Qeyd edək ki, Fariz Əhmədov "Azərbaycanfilm"in direktoru vəzifəsində 17 ay işləyib.