XƏBƏRLƏR / Münaqişə

Ermənilər Laçını atəşə tutdu

Məlumatı Müdafiə Nazirliyi yayıb

Ermənilər Laçını atəşə tutdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumatı Müdafiə Nazirliyi yayıb. 

    Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.