XƏBƏRLƏR / Münaqişə

Separatçılar Ağdam və Xocavəndi atəşə tutdular

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Separatçılar Ağdam və Xocavəndi atəşə tutdular
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

    Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.