XƏBƏRLƏR / Hərbi

Erməni separatçıları Xocavənddə minaya düşdü

Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib

Erməni separatçıları Xocavənddə minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib. Dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir.

    Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.