Erməni lobbisi ABŞ-ın Türkiyəyə F-16 satmağına qarşı çıxır
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan və erməni lobbilərinin ABŞ-ın Türkiyəyə F-16-ları satmağına qarşı çıxdığını bildirib. Bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib. Çavuşoğlu əlavə edib ki, buna baxmayaraq, F-16-ların satışını dəstəkləyən lobbilər də var. Nazir hazırda bu istiqamətdə danışıqların davam etdiyini vurğulayaraq, bunun üçün Türkiyənin nümayəndə heyətinin Nyu-Yorkdan Vaşinqtona yola düşdüyünü qeyd edib.