XƏBƏRLƏR / İctimaiyyət

Ermənilər Şuşanın Sarıbaba kəndini boşaltdılar

Bu barədə "Sputnik Armenia" xəbər yayıb

Ermənilər Şuşanın Sarıbaba kəndini boşaltdılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşa şəhərinin Sarıbaba (ermənilər Yextsahoq deyirdilər) kəndinin erməni sakinləri Rusiya sülhməramlılarının müşayiəti ilə Kornidzor şəhərinə "təxliyə ediliblər". 

    "Sputnik Armenia"nın məlumatına görə, bu, BQXK nümayəndələri tərəfindən artıq qarşılanan 30-a yaxın erməniəsilli şəxsdir.

    Kənd Laçın-Xankəndi yolundə yerləşit.

    Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Jurnalist Salatın Əsgərova da 1991-ci ildə məhz bu kənddə qətlə yetirilmişdi. Bir müddət bu kənd Salatınkənd adlanırdı. Lakin 1999-cu ildə kəndin adı Sarıbaba yüksəkliyinə görə Sarıbabaya dəyişdirilib.