XƏBƏRLƏR / Qonşular

Ermənilərin sabah açmalı olduqları yol hələ də hazır deyil

Xankəndi-Gorus yeni yolunun Azərbaycan hissəsi 2022-ci ilin avqustunda təhvil verilib. Ermənilər hələ də qurdalanırlar

Ermənilərin sabah açmalı olduqları yol hələ də hazır deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gorus-Azərbaycan sərhədi alternativ yolu aprelin 1-dən açılacağına baxmayaraq,  Ermənistan tərəfi cəmi 10 kilometrlik hissədə hələ də asfaltlama işlərini bitirməyiblər.

    Ermənistanı mətbuatı xəbər verir ki, alternativ yolun ancaq torpaq hissəsi tamamlanıb. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.

    “Bundan sonra birinci asfalt örtüyü salınıb. Hələ də elə yerlərimiz var ki, orada artıq ikinci qatın asfaltlanması prosesinə başlanılmayıb. Yol aprelin 1-dən nəqliyyatın hərəkəti üçün açıq olacaq və yaya qədər artıq üç qat asfaltla örtülmüş, yol nişanları ilə təchiz olunmuş tam asfaltlanmış yol olacaq”, - deyə Arutyunyan qeyd edib.

    Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət agentliyi Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlayıb, 2022-ci ilin iyul ayında başa çatdırıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.