XƏBƏRLƏR / Hadisə

Ermənistanda güclü zəlzələ baş verib

Son həftə ərzində bu ikinci zəlzələdir

Ermənistanda güclü zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda 4,5 bal gücündə zəlzələ baş verib, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Agentliyin məlumatına görə, mayın 14-də saat 21:14-də Ermənistan-Gürcüstan sərhədi ərazisində, Şirak rayonunun Bavra kəndindən 15 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

    Episentr zonasında yeraltı təkanların gücü 6 bal, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

    Zəlzələ Şirak və Lori (4-5 bal), Araqatsotn və Tavuş rayonlarında (3-4 bal), həmçinin İrəvan və Ararat bölgəsində (3 bal) hiss olunub.