XƏBƏRLƏR / Nəqliyyat

Dubay daha bir Ermənistan təyyarəsinə qadağa qoydu

Analoji hadisə bir neçə gün əvvəl də baş verib

Dubay daha bir Ermənistan təyyarəsinə qadağa qoydu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın “FlyOne Armenia” şirkətinə məxsus daha bir təyyarənin Dubayda yerə enməsinə icazə verilməyib.

    “Sputnik Armenia” xəbər verir ki, təyyarə “Al-Maktum” hava limanında yerə enə bilməyib. 

    Xatırladaq ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Belə ki, bundan əvvəl Ermənistanın daha iki təyyarəsinə Dubayda yerə enməyə icazə verilməyib. Hər iki hadisə zamanı təyyarələr İranda eniş etməli olub. Hələlik qadağanın səbəbi məlum deyil.