XƏBƏRLƏR / Siyasət

Dövlət Departamenti: Blinken Əliyevlə söhbətə ümid edir

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib

Dövlət Departamenti: Blinken Əliyevlə söhbətə ümid edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ dövlət katibi Antoni Blinkenin yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olacağı gözlənilir.

    Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

    "Dövlət katibinin bu gün (yanvarın 18-i - red.) Ermənistan lideri (Nikol Paşinyan) ilə danışmaq imkanı olub. Mən gözləyirəm ki, onun yaxın günlərdə prezident Əliyevlə danışmaq imkanı olacaq", - o deyib.