XƏBƏRLƏR / İctimaiyyət

DİN Ramazan ayı ilə bağlı xəbərdarlıq etdi FOTO

"Yardım edək, ancaq aldanmayaq!"

DİN Ramazan ayı ilə bağlı xəbərdarlıq etdi FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Müraciət Ramazanda edilən yardımlarla bağlıdır.

    "Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar  bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.  

    Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik", - müraciətdə deyilir.