XƏBƏRLƏR / İctimaiyyət

Deputatlar İsraildəki səfirliyimizin açılışına gedirlər

Bu barədə Milli Məclis məlumat yayıb

Deputatlar İsraildəki səfirliyimizin açılışına gedirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər. Bu barədə MM-in saytı yazıb.

    Səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər.

    Səfər martın 30-da başa çatacaq.