XƏBƏRLƏR / Təbiət

Deputat ağcaqanadlardan gileyləndi

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib

Deputat ağcaqanadlardan gileyləndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sovet dövründə ciddi sanitariya işləri aparılırdı. Evləri, ofisləri dezinfeksiya edirdilər. Amma indi belə deyil. Nəinki regionlarda, Bakıda belə ağcaqanad əlindən dananmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.

    Tahir Kərimli

    “Ona görə də ölkədə sanitariya işlərinə diqqət yetirmək lazımdır ki, ciddi sağlamlıq problemləri, malyariya yaranmasın. Digər tərəfdən regionlarda quduz itlərlə bağlı problem var. Uşaqlar məktəbə gedə bilmir, camaat hərəkət edə bilmir. Bilmirəm, biz bu itləri Koreyaya, Çinə sataq, yoxsa nə edək, problemi həll etməliyik", - deputat şikayətlərini dilə gətirib.