"Dahilərin divanı": Fətəli xan

XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsindən bəhs edən bu veriliş 2007-ci ildə ANS TV-də çəkilib yayımlanmışdır

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. İttifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.
    Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı".
    Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 1789-ci ildə vəfat etmişdir.
    Fətəli xan ölümünə yaxın Azərbaycan torpaqlarının böyük bir hissəsini hakimiyyəti altında birləşdirə bildi. Səfərlərin birində şiddətli bir qızdırmaya tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. 1789-cu ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.