XƏBƏRLƏR / Hərbi

Daha 303 ha minadan təmizlənib

Bu barədə ANAMA məlumat yayıb

Daha 303 ha minadan təmizlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həftəlik görülən işlərlə bağlı məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Bildirilib ki, 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.