Conson vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb
O qeyd edib ki, yeni rəhbər təyin olunana qədər vəzifəsini yerinə yetirəcək
Boris Conson Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.
O qeyd edib ki, yeni rəhbər təyin olunana qədər vəzifəsini yerinə yetirəcək və Mühafizəkarlar Partiyasının yeni liderinin seçilməsi prosesi indi başlamalıdır.
Boris Conson vəd edib ki, Britaniya hökuməti istefasından sonra “lazım olduğu qədər” Ukraynanı dəstəkləyəcək.