Çingizin açdığı qapıya Azərbaycan Ordusu girdi!

Bu yazıya əlavə olunan videoçarxda Çingizin bu illər boyu necə qocaldığını görürük

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Laçın şəhəri azad olundu! 29 Avqust Çingiz Mustafayevin ad gününə, minlərlə Laçınlı və bütün Azərbaycanlılara böyük və dəyərli hədiyyə oldu. Allah Müzəffər Ordumuzun əsgərlərini, onların Valideynlərini, başda Ali Baş Komandan olmaqla, bütün zabitlərimizi və onlara arxa duran Azərbaycan Xalqına yar olsun və gələcək işlərində dəstək olsun! Allah 1918-ci ildən bəri Azərbaycan torpaqları uğrunda həlak olan bütün Şəhidlərimizə rəhmət eləsin!
    Kreativ Azərbaycan gəncləri Çingizin bu illər boyu necə qocalması haqqında videoçarx hazırlayıblar. Baxdım, çox kövrəldim. Allah sənə rəhmət eləsin, qardaş! İn şa Allah, o gün olar, sənin adını daşıyan Qafqaz və Orta Asiyanın ilk FM - ANS-ÇM Radiosu da fəaliyyətə başlayar. Sən buna layiqsən, çox əzab çəkmisən, qardaş! Azərbaycan buna layiqdir!