XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramovla Paşinyan eyni tədbirdə FOTO

İslandiya Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü keçirilir

Ceyhun Bayramovla Paşinyan eyni tədbirdə FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü keçirilir. Tədbirin açılış mərasimi baş tutub.

    Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

    Ermənistanın baş naziri Nikol Paşinyan da mərasimdə qatılanlar arasındadır.

    O, həmçinin demokratiya mövzusunda keçirilən dəyirmi masada da iştirak edib.

    Qeyd edək ki, Azərbaycan XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.