XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Rusiyaya gedib

Sabah Ermənistanla danışıqların növbəti raundu keçiriləcək

Ceyhun Bayramov Rusiyaya gedib
Ceyhun Bayramov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 18 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

    Bu barədə XİN-dən bildirilib.

    Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.