XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov ATƏT PA-nın prezidenti ilə görüşüb

Xarici işlər naziri xanım Marqareta Sederfeltə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi barədə danışıb

Ceyhun Bayramov ATƏT PA-nın prezidenti ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltə regiondakı mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı bərpa və tikinti layihələri barədə məlumat verib.

    Azərbaycan XİN-in məlumatına görə, C.Bayramov davam edən mina təhlükəsi, Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı kobud rəftar və onların geri qayıtmaması, habelə itkin düşənlər haqqında məlumat verilməməsindən danışıb.