BLOQ

Stəkanda fırtına

Qarabağ ermənilərinin xuntası necə sökülüb dağılır?

Stəkanda fırtına
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bir neçə gündür ki, Qarabağ erməniləri arasında “sökülüb dağılır” kimi qələmə verilə biləcək proseslər gedir. Bütün bunlar Laçın yolunda ekoaksiya və dekabrın 12-dək rejimə qayıtmağın qeyri-mümkünlüyü fonunda baş verir. Yeni reallıq Ermənistan və Qarabağ ermənilərinin cavabını formalaşdırmalı idi, lakin məlum oldu ki, Vardanyanın “mübarizə" haqqında təxribat xarakterli bəyanatlarından əlavə, saqqallı muqəvvanın xətti ilə ziddiyyət təşkil edən alternativ fikirlər də var.

    Balasanyanın “Təhlükəsizlik Şurasının katibi” vəzifəsindən uzaqlaşdırılması və ardınca gələn informasiya savaşı açıq "şəxsiyyətlərarası" qarşıdurmaya səbəb olub. Əsas aktyorların mesajlarını səsləndirən bloqqerlər və siyasətçilər hərəkətə keçib.

    Bütün bu "acı bağırsağ"ın mərkəzində Qarabağ ermənilərinə rəhbərlik edən xunta nümayəndələrinin cavab verməli olduğu suallar durur: Əlaqədar şəxs kim olacaq? Bakının tələbinə görə nə edəcəklər? Yaxın gələcəkdə hansı addımlar atılmalıdır?

    Bu sualların cavabları ətrafında çoxlu informasiya "quş"u buraxılır. Gəlin, çalışaq, bundan baş çıxaraq...

    Əlaqədar şəxs kim olacaq?

    Vardanyanın peyda olması və hakimiyyətin qəsb edilməsi “dövlət naziri” vəzifəsini əsas vəzifəyə çevirdi. Vardanyan Bakıda rədd edildi və onunla heç "asfalt döşəyən fəhlə" səviyyəsində belə danışılmayacağı açıqlandı. Lakin... əlaqə saxlamaq mümkün olan başqa bir nümayəndə ola bilər. Amma Vardanyan özü hərəkətə keçib bütün mövcud əlaqələri kəsdi və hər şeyi öz nəzarətinə keçirdi. Buna cavab olaraq Bakı Vardanyandan Qarabağı tərk etməyi tələb edib. Yəni, formal əlaqə saxlayan şəxs olsa belə, bütün Rusiyanın ofşorçusunun Azərbaycan ərazisində olması hər hansı əlaqəni mümkünsüz edir.

    Bu səbəbdən də informasiya mühitində Vardanyanın istefaya göndərilməsi ilə bağlı açıq çağırışlar səslənirdi... axı bu Arayıkın səlahiyyətindədir... “dövlət naziri”, vəzifəsi səlahiyyətlərlə süni şəkildə şişirdilsə də, seçilmir, təyin edilir. Burada “DİN” Karen Sarkisyanın simasında əvəzedici tapdılar. Yeri gəlmişkən, çox maraqlı bir fiqurdur... O, Koçaryanın prezidentliyi dövründə baş mühafizəçi olmuş adamın oğludr. Yerli Qarabağ sakinidir. Müharibə zamanı və sonra “Fövqəladə Hallar Nazirliyi”nə rəhbərlik edib -  yəni hərbi hərəkatlarda iştirak etməyib...  Azərbaycan tərəfi ilə ölənlərin cəsədlərini axtarmaq məqsədi ilə təmasda olub. Mütləq olmalıydı, çünki ən azı 1700 cəsəd təhvil verilib ... Çoxsaylı fotoşəkillərdə o həmişə RSK rəhbərliyinin yanında görünürdü...

    Belə görünür ki, əgər dünənki sarsıntıdan sonra Vardanyan öz mövqeyində qala bilsə, o zaman Bakı sadəcə olaraq, necə deyərlər, onun başına ağıl qoymaq məqsədiylə əlavə addımlar atacaq...

    Bakının tələbləri?

    Burada da mədənlərdə infrastrukturun sökülməsi ilə bağlı məlumatlar dolaşır. Birincisi, bu, istehsal müəssisələrinin yığılması və sökülməsi üçün hazırlanmış bir Lego oyunu deyil. Azərbaycanın dövlət strukturlarının nümayəndələri bu mövzunu qapatmaq üçün birbaşa əraziyə daxil olmalıdırlar - möhür vurmalı və möhürün götürülmədiyini yoxlamalıdırlar... Başqa heç bir hərəkət, sadəcə olaraq, qəbul olunmayacaq. Hər şey o həddə çatıb ki, kosmetik hərəkətlər artıq kifayət deyil.

    Perspektivdə necə olmaq olar?

    Qarşıdan gələn “seçkilər”lə bağlı informasiya "quş"u buraxılır və sonra təkzib edililir. Güman edə bilərəm ki, “seçkilər” bir tərəfdən Qarabağ ermənilərinin özünü tamamilə iflic vəziyyətinə salan, digər tərəfdən isə Azərbaycanın birtərəfli hərəkətlərini sürətləndirmək üçün əsas yaradan mövzuya çevrilə bilər. Fikrimcə, Qarabağ erməniləri arasında seçki xarakterli hər hansı aksiyanın aparılması yolverilməzdir.

    Və beləliklə, ümumiyyətlə götürsək - Qarabağ ermənilərinə hələ ki rəhbərlik edən xunta asılmış vəziyyətdədir. Azərbaycan dilində daha dəqiq ifadə var: onların “sallaq vəziyətdə” olması göz qabağındadır.