XƏBƏRLƏR / İctimaiyyət

Bəxtiyar Hacıyev Prezidentə müraciət etdi

Məktubun fotosu sosial şəbəkələrdə paylaşılıb

Bəxtiyar Hacıyev Prezidentə müraciət etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İctimai fəal Bəxtiyar Hacıyev həbsxanadan Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məktubun fotosu sosial şəbəkələrdə paylaşılıb.

    O, dövlət başçısından həbsdən buraxılmasına kömək etməsini xahiş edib.

    Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.