Bulağıstan

Bədii film

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Film, bu günümüz üçün çox vacib hesab olunan iman və inam mövzusuna həsr edilib. Müəllif göstərmək istəyir ki, Qəlbində imanı və inamı olan hər kəs düşdüyü mühitdən və şəraitdən asılı olmayaraq, özünə, vətəninə, əqidəsinə, ən başlıcası doğma ocağına sadiq qala bilər və qalmalıdır. Susuzluq ucbatında sakinlər yavaş-yavaş kəndi tərk edir. Yalnız bir ailə Naxış xala və Rəhim kişi, min bir əziyyətə qatlanıb yeganə övladları Qarabağ savaşında həlak olan Allahverdinin məzarının keşiyini çəkir, uzaq-uzaq, çətin yollar qət edərək qəbri susuz qoymurlar.

    Bədii film, 40 dəq., 2008-ci il.

    Ssenari müəllifi: Vahid Naxış

    Rejissor: Məsud Abpərvər

    Baş prodüser: Vahid Mustafayev

     

    Rollarda: Vidadi Əliyev, Sədayə Musayeva, İlqar Musayev

    İlk nümayiş tarixi: may, 2009-cu il.