XƏBƏRLƏR / İqtisadiyyat

Buğda idxalı 100$ ucuzlaşıb, çörəyin qiyməti isə azalmır

Avqust ayında çörəyin qiyməti çəkisindən asılı olmayaraq 5 qəpik artırılıb

Buğda idxalı 100$ ucuzlaşıb, çörəyin qiyməti isə azalmır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Avqustun 19-dan Azərbaycanda un dəyirmanları və çörək zavodları karteli “dünya bazarlarında mövcud vəziyyətə görə” buğda ununun və çörəyin yeni qiymətləri tətbiq etdikləri barədə bəyanat yayıb. Həmin vaxtdan bazarlarda qiymətlər xeyli aşağı düşüb, çörək isə hələ də piştaxtalarda köhnə qiymətlərlə satılır.

    Avqust ayında Antiinhisar Xidməti də un və çörək istehsalçılarına bəraət qazandıran bəyanatla çıxış etdi. 

    Bəyanatda bu nomenklatura da daxil olmaqla, mallara sərbəst qiymət qoyulması faktı qeyd olunurdu. 

    Xidmət istehlakçıları əmin edib ki, un və çörəyin qiymətlərinin formalaşmasında antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə bazara monitorinqi davam etdirəcək.

    Un zavodları və çörəkbişirmə müəssisələrinin nümayəndələri öz bəyanatlarında qeyd edirdilər ki, iyul ayında ölkəyə idxal olunan ərzaq buğdasının orta qiyməti 1 ton üçün 402,46 dollara başa gəlib, bu da 2021-ci ilin müvafiq ayının qiymətlərindən 67% çoxdur.

    Azərbaycan Dövlət Gömrük Komitəsi 2022-ci il üçün buğda idxalı ilə bağlı məlumat açıqlayıb.

    Bu məlumat əsasında Turan İnformasiya Agentlyi hesablayıb ki, dekabr ayında buğda ötən ilin iyul ayı ilə müqayisədə 23,4% ucuz, orta hesabla bir tonu 308,2 dollara idxal edilib.

    Ümumilikdə, 2022-ci ilin dekabr ayında xaricdən bəyan edilmiş ümumi dəyəri 38,5 milyon dollar olan 125 039 ton buğda alınıb.  

    2022-ci ildə buğda idxalının həcmi 1 milyon 293 min ton (+12,6%) təşkil edib.

    İl ərzində idxal olunan buğdanın orta alış qiyməti bir ton üçün 337,6 dollar təşkil edib, bu da 2021-ci illə müqayisədə 16,7% bahadır.

    Avqust ayında çörəyin qiyməti çəkisindən asılı olmayaraq 5 qəpik artırılıb.

    500 qramlıq ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti o vaxtdan 55 qəpik, 600 qramlıq çörək 65 qəpik, 650 qramlıq çörək isə 70 qəpikdir.

    Lakin, bir qayda olaraq, bu növ çörəklərin çəkisi elan ediləndən xeyli aşağıdır.