XƏBƏRLƏR / Qayıdış

Bu il Şuşa və Laçın sakinləri evlərinə geri dönəcək

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Rövşən Rzayev deyib

Bu il Şuşa və Laçın sakinləri evlərinə geri dönəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Rövşən Rzayev komitədə keçirilən kollegiya iclasında deyib.

    Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durur.“Onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edilib. Ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir”, - deyə qurum rəsmisi bildirib.

    Qeyd edək ki, Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.