XƏBƏRLƏR / Qayıdış

Bu gün Xankəndi-Laçın yolundan 20 maşın keçib

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub

Bu gün Xankəndi-Laçın yolundan 20 maşın keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, sülhməramlılara məxsus 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

    Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 20-yə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 17-si isə Rusiya sülhməramlılarına məxsusdur.