BLOQ

Bu addımlarla Bakı ilə Tel-Əviv əməkdaşlığını gücləndirirlər

Bu addımlarla Bakı ilə Tel-Əviv əməkdaşlığını gücləndirirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İrandakı səfirliyimizə qarşı rüsvayçı hücuma son günlər baş verən hadisələr kontekstində baxmaq lazımdır.

    Məhz, görünür, söhbət İsrail səfirlərinin Bakıdakı görüşünə cavabdan və Azərbaycanın İsrailə səfir təyin olunmasından gedir.

    Terror aktının məqsədinin rəsmi Bakıya Azərbaycanın Tel-Əvivdəki səfirliyini faktiki olaraq açmaqdan çəkinməsi ilə bağlı “xəbərdarlıq etmək” olduğu istisna edilmir.

    Tarix də, deyəsən, təsadüfi seçilməyib - Holokostu Anma Günü.

    Bütün bunların arxasında duranlar (araşdırma başlayıb, məncə, versiyaları gözləmək lazımdır) bilməlidirlər ki, bu cür addımlarla onlar yalnız Azərbaycanla İsrail arasında əməkdaşlığı gücləndirirlər ki, bu da hər iki ölkə üçün yaranan təhlükələr fonunda dönməzdir.