XƏBƏRLƏR / Siyasət

Brüssel sabahkı üçtərəfli görüşü rəsmi elan etdi YENİLƏNİB

Görüşlərin keçirilməsi qrafiki və vaxtı məlum olub

Brüssel sabahkı üçtərəfli görüşü rəsmi elan etdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Brüssel rəsmi olaraq mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının rəhbəri Şarl Mişellə üçtərəfli görüş keçirəcəyini elan edib.

    Mətbuatın yazdığına görə, bu, günortadan sonra başlayacaq və ondan əvvəl Mişel əvvəlcə Paşinyanla, sonra Əliyevlə görüşəcək.

    Bundan əvvəl Avropa İttifaqının Brüssel görüşü barədə açıqlamasında deyilir ki, Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir.

    Görüşlərin keçirilməsi qrafiki belədir:

    13 may (Bakı vaxtı ilə 19:00) - Paşinyanla Mişel arasında görüş.

    14 may (Bakı vaxtı ilə 11:00) - Əliyevlə Mişelin görüşü.

    14 may (Bakı vaxtı ilə 15:00) - Əliyev-Mişel-Paşinyan üçtərəfli görüşü.