XƏBƏRLƏR / Münaqişə

BQXK-nın səkkiz avtomobili Laçına keçib

Onların keçidinə maneəsiz şərait yaradılıb

BQXK-nın səkkiz avtomobili Laçına keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ekoaksiyanın iştirakçıları martın 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

    Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus bir yük və yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

    Bu, bir daha Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.