XƏBƏRLƏR / Qayıdış

BMT Qərbi Azərbaycan İcmasının müraciətini rəsmən yayıb

Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların hüquqları məsələsi gündəmə gəlir

BMT Qərbi Azərbaycan İcmasının müraciətini rəsmən yayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyi Qərbi Azərbaycan İcmasının müraciətini Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və BMT-nin İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi beynəlxalq ictimaiyyətə çatdırıb.

    İcmaya görə, müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) bu əsas qurumların silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu ilə bağlı gündəm bəndləri çərçivəsində yayılıb. Qaçqınların hüquqlarının müdafiəsi, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının müdafiəsi, soyqırımın, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması.

    Müraciətin yayılması indiki Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq aləmə çıxarılması üçün böyük nailiyyətdir. Məsələnin BMT-nin ən mötəbər qurumlarının qeyd olunan gündəm bəndləri ilə əlaqələndirilməsi fundamental insan hüquqlarının müdafiəsi, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün azərbaycanlıların öz evlərinə qayıtması zərurətinin beynəlxalq təsdiqidir.

    “Bu uğur İcmamızı öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq üçün səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan icması bu müraciətin yayılmasına şərait yaratdığına görə BMT katibliyinə təşəkkür edir”, - bəyanatda deyilir.